Ötən günlərdə sosial şəbəkələrdə Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimi Rasim Əzizovun marketlərin birindən oğurluq etdiyi görüntüləri yayılmışdır. Baş vermiş insidentdən sonra o , öz ərizəsi ilə vəzifəsindən azad olunub. Bu haqda məlumatı TƏBİB-in İctimayyətlə əlaqələr şöbəsi bildirib.
Tibb müəssisəsinin direktor vəzifəsinə müvəqqəti olaraq İlqar Ramizoğluna həvalə olunub. Ramizoğlu xəstəxanada həkim-kardioloq vəzifəsində çalışır.
Qeyd edək ki, Masallı rayon Mərkəzi xəstəxananın sabiq baş həkimi Rasim Əzizov 2003-cü ildən Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin fevral ayında o, baş həkim vəzifəsinə təyin olunmuşdur.