SON XƏBƏRLƏR

Masallı rayonunun Təzə Alvadı kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı valideynlərinə xəbərdarlıq edilib. Bu haqda məlumatı Report paylaşıb.

Belə ki, məsələ il bağlı icra hakimiyyətinin əməkdaşları ailə ilə görüşüblər və fakt araşdırılıb.

Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub: “Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Həmçinin, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət olunacaqlar və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa, hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir”.