SON XƏBƏRLƏR

“Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsində ilk tədbir şəhid İsfəndiyar Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib. Bu haqda məlumatı Azertac bu gün, 22 fevral tarixində verib.

Tədbirdə mədəniyyət işçiləri, Vətən müharibəsi qaziləri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Çıxışlarda Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin başlanması, ordumuzun qazandığı uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verilib.

Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçıları Talıb Qəzənfərli, Cavid Nuri, Rəşad Ağaşzadə, Elçin Məmmədov müharibədə şəhid olmuş əsgər yoldaşları barədə, həmçinin keçdikləri çətin və şərəfli döyüş yolundan danışaraq, cəbhə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Qeyd edək ki, layihə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə keçirilir.

Foto Azertac
Foto Azertac
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər