SON XƏBƏRLƏR

Masallıda polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində rayon sakini narkotacir saxlanılıb. Bu haqda məlumat bu gün, 1 fevral tarixində APA.az-da paylaşılıb.

Saxlanılan Aləddin Məmmədovun evində aparılan axtarış zamanı oradan 7 kiloqram 154 qram heroin, 1 kiloqram 670 qram tiryək, 6 kiloqram 205 qram marixuana, 88 qram metamfetamin və elektron tərəzi aşkarlanıb. Əlavə əməliyyat nəticəsində Aləddinin narkotik satdığı Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuş Rəsul Baxşiyev və Elçin Nuriyev də müəyyən edilərək saxlanılıb.

Rəsul Baxşiyev və Elçin Nuriyevin üzərilərində keçirilən axtarış zamanı heroin aşkarlanaraq götürülüb.