SON XƏBƏRLƏR

Bu gün Masallıdan olan əməkdar artist Elşən Rüstəmovun doğum günüdür.

Elşən Mərdan oğlu Rüstəmov 22 yanvar 1971-ci ildə Masallının Babaser kəndində müəllim ailəsində anadan olub. Babaser kənd tam orta məktəbini bitirib. 1988-ci ildə Moskvada Tikinti Məktəbinə daxil olub. 1990–1995-ci illərdə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Orada Rafiq Atakişiyev, Oqtay Salamov, Rafiq Əzimov, Lütfi Məmmədbəyli və Bəxtiyar Xanızadə kimi sənətkarlardan dərs alıb.

1993-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. İndiyə qədər bu teatrda səhnələşdirilən 50-yə yaxın tamaşada rol alıb. Eyni zamanda digər teatrların da səhnələrində çıxış edib. Dublyaj işi ilə məşğuldur.

Həmçinin, bir çox filmlərdə rol alıb. “Etiraf “(1992), “Fəryad” (1993), “İtkin gəlin” (1994), “Özgə vaxt” (1996) və s.

9 may 2012-ci il tarixində “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb.