SON XƏBƏRLƏR

Masallı rayonunda məsciddən oğurluq edən Lənkəran rayon sakinləri polis əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda məlumat bu gün, 27 dekabr tarixində Report.az-da paylaşılıb.

Verilən məlumata əsasən, Masallı Rayon Polis Şöbəsinə Bordigah qəsəbəsində yerləşən məsciddə oğurluq hadisəsi qeydə alındığı məlumatı daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Viravul kənd sakini Z.Nəzərli və Lənkəran şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Əsədzadə müəyyən edilərək saxlanılıblar.

Onlar məsciddən 1 ədəd plafon, 1 ədəd elektron saat, 3 ədəd fləşkart, 1 ədəd açar dəsti və 1 ədəd mikrofon oğurlayıblar.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, Z.Nəzərli itkin kimi axtarışdadır.

Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.