SON XƏBƏRLƏR

Masallıda “Buster” doza qəbul edənlərin sayı 90 min nəfərdən çoxdur. Bu haqda məlumatı Azertac verib.

Belə ki, 230 minə yaxın əhalisi olan Masallı rayonunun 90 min sakini artıq COVİD-19 infeksiyasına qarşı üçüncü “Buster” dozanı qəbul edib.

Qeyd edək ki, Masallı rayonunda vaksinasiya prosesinə 2021-ci il yanvar ayının 20-dən başlanılıb və əsasən “CoronaVac” və “SinoVac” peyvəndlərindən istifadə olunub. Bu günədək sakinlərə 260 minə yaxın doza vurulub. “Pfizer” vaksinini isə 180 insan qəbul edib.