SON XƏBƏRLƏR

Masallı rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Bu haqda məlumat bu gün, 3 yanvar tarixində Report.az-da paylaşılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimi Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ariz Ağayevin anket məlumatları dəqiqləşdirilib.

Bildirilib ki, məhkəmənin baxış iclası Lənkəran Ağır Cinayətlər Məhkəməsində yanvar ayının 7-də baş tutacaq.

Qətl hadisəsi 28 avqust 2021-ci ildə Masallı rayonunda baş vermişdi. 47 yaşlı Ariz Ağayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 31 yaşlı həyat yoldaşı Elza Ağayevaya bıçaq xəsarətləri yetirmişdi.

A.Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.