SON XƏBƏRLƏR

Masallı rayonunda hərəkət məhdudluğu olan şəxslər üçün dövlət qurumlarının inzibati binalarında platforma liftlər quraşdırılıb. Bu haqda məlumat bu gün, 27 yanvar tarixində Azertac-da paylaşılıb.

İşlərin görülməsi birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Platformalar quraşdırılan qurumlarda müvafiq işarələr qoyulub və nümayəndələrə təlimatlar verilib.