SON XƏBƏRLƏR

Masallı rayonunda tezalışan maddələr və pirotexniki məmulatların satışı ilə məşğul olan şəxs aşkarlanıb. Bu haqda məlumat bu gün, 23 dekabr tarixində Azertac-da paylaşılıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı rayon sakini Elçin Hacıyevin tez alışan maddələrin satışı ilə məşğul olduğu məlum olub. O, pirotexniki məmulatları özünə məxsus mağazada satırmış.

Qanunsuz satılan məmulatlar rayon üzrə polis əməkdaşları tərəfindən götürülüb. Elçin Hacıyev barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.