SON XƏBƏRLƏR

Masallı rayonu ərazisində yerləşən parklarda uşaq meydançaları yoxdur. Bu haqda məlumatı bu gün, 1 mart tarixində Cenublu.az verir.

Belə ki, sakinlərin sözlərinə görə, şəhər ərazisində bir neçə park olsa da, uşaqların əylənməsi üçün orada heç bir şərait yoxdur.

“Şəhərimizdə üç park var: Heydər Əliyev, Xətai və Nizami parkları. Heydər Əliyev və Xətai parkları böyükdürlər, əraziləri genişdir, baxımlıdırlar, lakin uşaqların əylənməsi üçün heç bir şərait yoxdur”, – deyə şəhər sakinləri bildiriblər.

“Rayonda cəmi bir-iki restoranın ərazisində attraksionlar var ki, ora da yalnız müştəri qismində gedənlər buraxılır. Bir çoxunun uşaqlarının asudə vaxtını layiqincə keçirməsi üçün harasa aparmaq imkanı yoxdur. Bazar və bayram günlərində isə xüsusən uşaqlarımızı əyləndirməyə yer tapmırıq”, – deyə valideynlər Cenublu.az-a bildiriblər.