SON XƏBƏRLƏR

Masallı rayonunda uşaqların gedə biləcəyi bağça binası var, lakin 20 ildən çoxdur ki, fəaliyyət göstərmir. Bu haqda Cenublu.az APA.az-a istinadən xəbər verir.

Sözügedən bina Masallının Böyük Xocavar kəndində tikildikdən sonra 10 il ərzində bağça kimi fəaliyyət göstərib. 1998-ci ildə tam tərk edilən bağça bir zamanlar Böyük Xocavar ilə yanaşı Bambaşı, Yeyənkənd, Alvadı, Binə Xocavar kəndlərinin sakinlərinə xidmət göstərib.

Kənd sakinləri bildirir ki, ərazidə bağça olmadığından məcbur qalıb uşaqları 8-10 km uzaqlıqda yerləşən bağçalara aparırlar. Bu həm vaxt itkisidir, həm də baha başa gəlir.

“Bizim bağçamız 1984-cü ildə istismara buraxılmışdır. 1998-ci ildə istismar tam dayanmışdır. Belə ki, bağçamız 140 yerlik olub. Orada sonradan müəyyən məsələlərlə bağlı hansı ki, bizim məcburi köçkünlülərimiz gəlib, məskunlaşmışdılar. 10-15 il yaşadıqdan sonra bina yararsız hala düşmüşdür. Vətəndaşların narazılıqlarını nəzərə alıb məktub göndərmişik. Gələcəkdə təmir plana salınmışdır”, – deyə Masallı RİHB-in Bambaşı kənd ərazi nümayəndəsi Həbib Həbibov bildirib.

Kənd sakinləri aidiyyəti qurumlardan bu məsələnin həlli ilə bağlı işlərin başlanılmasını xahiş edirlər.