SON XƏBƏRLƏR

Masallı rayonu Xırmandalı kənd ərazisindəki evlərin birindən 1665 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Mərhəmət Fərzəliyev saxlanılıb. Bu haqda məlumatı bu gün, 4 yanvar tarixində Report verib.

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Fərzəliyev həmçinin,  ötən il müxtəlif vaxtlarda Masallı rayonunun Ərəb kəndindəki bir evdən 650 manat pul və 3600 manat dəyərində qızıl-zinət əşyaları, Xırmandalı kəndindəki bir evdən isə 960 manat pul oğurlayıb.

Faktlarla bağlı araşdırma aparılır.