SON XƏBƏRLƏR

“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində yaradılan rih.gov.az  portalı Cənub zonasından ilk olaraq Masallıda fəaliyyətə başlayıb. Bu haqda məlumatı Elektron Hökümət Portalının rəsmi Facebook səhifəsi verib.

Belə ki, vətəndaşlar portal üzərindən müxtəlif məsələlərə dair öz təklif və ərizələrini qeyd edirlər. Digər vətəndaşlar isə həmin təkliflərlə tanış olaraq onun leyhinə və əleyhinə səs verə bilirlər. Bu isə yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlərdə vətəndaş mövqeyinin də öyrənilməsinə və nəzərə alınmasına şərait yaratmış olur.

Vətəndaşlar üçün keçid linki:

https://rih.gov.az/e-participation/list