SON XƏBƏRLƏR

Masallı rayon Heydər Əliyev Mərkəzində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində kikboksinq idman növü üzrə üçqat dünya çempionu, beynəlxalq turnirlərin və Azərbaycan birinciliyinin qalibi Rəşid Rəşidli ilə məktəblilərin görüşü keçirilib. Bu haqda məlumatı bu gün, 27 yanvar tarixində Azertac paylaşıb.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi və Qəhrəmanlar parkındakı “Şəhidlər” abidə-kompleksi önünə gül dəstələri düzərək Ulu Öndərin və şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Görüşdə çıxış edən üçqat dünya çempionu Rəşid Rəşidli ölkə birinciliklərində və beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb, ona ünvanlanmış sualları cavablandırıb.-