SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyəti ali məktəblərdə qış semestr imtahanlarını uğurla başa vuran qızlar ilə görüş keçirib. Bu haqda Cenublu.az Azertac-a istinadən xəbər verir.

Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Təhsil Fondunun birgə təşkilatçılığı ilə keçirilən görüş Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qış semestri imtahanlarını uğurla başa vuran tələbə qızları təbrik edib. Təhsilin vacibliyindən danışan Şahin bəy Masallı Təhsil Fondunun apardığı uğurlu və məqsədyönlü fəaliyyətində vurğulayıb.

Daha sonra Hüseyn Hüseynov bildirib ki, iki ildir fəaliyyət göstərən Masallı Təhsil Fondu tərəfindən 110 qıza təqaüd verilib və onların təhsil haqları ödənilib. Belə ki, 50 tələbənin təhsil haqqısı ödənilib, 60 tələbə qıza isə təqaüd verilib. İki şəhid övladının hər birinə 200 manat dəyərində təqaüd ayrılıb.