SON XƏBƏRLƏR

Masallıda polis əməkdaşları aktiv koronavirus xəstəsinin ictimai yerdə olduğunu aşkarlayıb. Bu haqda Cenublu.az Oxu.az-a istinadən xəbər verir.

Masallı rayon sakini R.Əmirova koronavirus xəstəliyinə yoluxması səbəbi ilə ona ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Bu tapşırıqlara məhəl qoymayan R.Əmirov karantin rejimi qaydalarını kobud şəkildə pozaraq, yaşadığı yeri tərk edib. O, yeri müəyyən edilərək, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Photo Oxu.az
Photo Oxu.az