SON XƏBƏRLƏR

Masallıda şagirdlərə “Zərərli vərdişlərə qarşı mübariz olaq” mövzusunda tədbir keçirilib. Bu haqda Cənublu.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) saytına istinadən xəbər verir.

Tədbir rayonun Ərkivan qəsəbəsi Zahid Nəcəfov adına 2 saylı tam orta məktəbində keçirilib. Maarifləndirici görüş zamanı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri Taryel Əkbərov, Ərkivan qəsəbəsi Zahid Nəcəfov adına 2 saylı tam orta məktəbin direktoru Əbülfəz Əsədov, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xususilə aktual xarakter daşıyır. Qeyd olunub ki, ali və orta məktəblərdə mütəmadi olaraq narkomanlığa, yeniyetmə və gənclər arasında müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə tədbirlər təşkil olunur. O da bildirilib ki, narkomaniya ilə mübarizə bütünlükdə dövlətin,cəmiyyətin və nəhayət, hər birimizin üzərinə düşən məsuliyyətdir.

Çıxışların sonunda şagirdləri mövzuya dair maraqlandıran suallar cavablandırılıb.

Deposit
Aktual

Masallı rayon sakinində narkotik və soyuq silah aşkarlanıb

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri