SON XƏBƏRLƏR

Masallı rayon ərazisində “UAZ” markalı avtomobil aşıb. Bu haqda məlumat bu gün, 12 fevral tarixində Report.az-da paylaşılıb.

Hadisə “İsti-su” sanatoriyasının yaxınlığında baş verib. “UAZ” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Lerik sakinləri – 49 yaşlı Yalçın Vəkil oğlu Ağayev, 39 yaşlı Camal Bilal oğlu Rəhimov və 18 yaşlı Yusif Siyavuş oğlu Seyfullayev bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəzanın başvermə səbəbləri araşdırılır.