Masallı Bioloji Təbabət klinikasında Azərbaycan səhiyyəsində ilk dəfə olaraq boyunda kəsik aparmadan, qoltuq altından tək portla girilməklə “zob” əməliyyatı icra olunub. Bu haqda məlumatı bu gün, 7 dekabr tarixində Cenublu.az verir.
Belə ki, klinikaya boyunda şiş şikayəti ilə müraciət edən pasiyent müayinələrdən keçirildikdən sonra onda 2 sm-lik düyün aşkar olunub. O, həkimin məsləhəti ilə ilk dəfə olaraq tək kəsikli endoskopik üsulla əməliyyata alınıb. Əməliyyat 1,5 saat davam edib. Əməliyyatdan sonra pasiyent palataya köçürülüb və 1 gün sonra evə buraxılıb.
Əməliyyat Türkiyədə təhsil almış uzman Alim Əkbərov və klinikanın peşəkar tibb heyəti tərəfindən baş tutub.
Qeyd edək ki, “zob” əməliyyatı digər üsullarla ölkəmizdə icra olunurdu. Lakin tək kəsiklə endoskopik tiroidektomiya üsulu ilə ilk dəfə olaraq Masallı Bioloji Təbabət klinikasında baş tutub.