SON XƏBƏRLƏR

Masallıda baş verən yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb. Bu haqda məlumat bu gün, 2 yanvar tarixində Report.az-da paylaşılıb.

Rayonun Mahmudavar kənd ərazisində baş vermiş qəzada 2 avtomobil toqquşub. Qəzada Lənkəran rayon sakini İlqar Bəşirovun idarə etdiyi “VAZ 2107” və Masallı rayon sakini İnqilab Əliyevin idarə etdiyi “Mersedes” markalı avtomobillər iştirak ediblər.

“VAZ 2107” markalı avtomobilindəki sürücü və sərnişinlər – Vüsal İsmayılov və Cəsarət Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata əsasən, qəzaya “Mersedes”in sürücüsü səbəb olub.

Faktla bağlı araşdırma aparılır.