SON XƏBƏRLƏR

Masallıda aktiv koronavirus xəstələri ictimai yerdə aşkarlanıblar. Bu haqda məlumatı Azertac verib.

Belə ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakinləri R.Həşimov və R.Həsənov koronavirus infeksiyası testinin pozitiv nəticəsinə baxmayaraq, yaşayış yerlərini tərk ediblər.

Onların hər ikisi tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.