SON XƏBƏRLƏR

82 yaşlı aktiv koronavirus xəstəsi olan Masallı sakini Sumqayıta toya gedib. Bu haqda məlumatı bu gün, 7 fevral tarixində Apa.az verib.

Belə ki, Hamil Daləli oğlu Bəşirovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin olunub. Lakin, buna baxmayaraq o, yaşayış yerini tərk edib və Sumqayıtda yerləşən “Xanədan” şadlıq sarayında restorana daxil olarkən, polis əməkdaşları tərəfindən saxlanılıb. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

H. Bəşirov barəsində Sumqayıt Polis İdarəsində araşdırma aparılır.

Deposit
Aktual

Masallı rayon sakinində narkotik və soyuq silah aşkarlanıb

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri