SON XƏBƏRLƏR

Masallı rayonunun 4 kəndində elektrik şəbəkəsi yenidən qurulur. Bu haqda məlumatı bu gün, 11 fevral tarixində Apa.az verib.

Belə ki, rayonun Xırmandalı, Eminli, Ərəb və Molloba kəndlərində işlərə başlanılıb. Ümumilikdə, 1980 abonentin yaşadığı bu 4 kənd ərazisində 32 ədəd komplekt transformator mənqətəsi quraşdırılacaq, 50 km-dan çox 10 kV-luq, 130 km-a yaxın 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək.