SON XƏBƏRLƏR

Masallıda Heydər Əliyev Fondu tərəfindən 1 saylı uşaq bağçasının yeni binası istifadəyə verilib. Bu haqda bu gün, 19 mart tarixində Azərtac xəbər verib.

1 saylı uşaq bağçasının yeni binası 2 mərtəbədən ibarətdir. 100 nəfərlik məktəbəqədər təhsil müəssisəsində məşğələ, yataq, idman, əyləncə və musiqi otaqları, akt zalı mövcuddur. Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün şərait yaradılıb və müvafiq inventarla təchiz olunub. Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Qeyd edək ki, Masallı rayon 1 saylı uşaq bağçası 1939-cu ildə inşa olunaraq məktəbəqədər uşaq müəssisəsi uyğunlaşdırılmış binada fəaliyyət göstərib.