SON XƏBƏRLƏR

Masallı rayon Mərkəzi Kitabxanasında 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “44 günlük Zəfər tariximiz” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci il Azərbaycanın zəfərinin başlanğıc günüdür. İştirakçıların nəzərinə çatdırılıb ki, Azərbaycan ordusunun 44 günlük uğurlu əks-hücum əməliyyatı sayəsində torpaqlarımızın uzun illər davam edən işğalına son qoyulub.

Sonda qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə ardıcıl sosial-iqtisadi layihələr davam etdirilir. Həmin ərazilərin yenidən dirçəldilməsi, əzəmətli günlərinə qovuşması üçün geniş bərpa-quruculuq işləri görülür.