Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa-yazı müsabiqəsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.
VIII-XI sinif şagirdləri arasında keçirilən müsabiqədə iştirakçıların inşaları Azərbaycan dilinin fonetik, leksik, qrammatik və üslub normalarına uyğun olaraq aydın və səlis şəkildə yazılmalı və mövzuya uyğun olmalıdır.
Müsabiqə iştirakçıları inşaları şagird dəftərinə yazaraq 20 aprel – 3 may 2023-cü il tarixlərində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə və ya Lənkəran-Astara Regional Təhsil İdarəsinə təqdim edə bilərlər.
Qaliblər Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılacaqlar.