Lənkəranda Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə tədbir baş tutub. Bu haqda bu gün, 27 may tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
İdarənin Maliyyə-iqtisadiyyat, İnzibati təşkilat, Tədrisin keyfiyyəti sektorları əməkdaşlarının, rayon təhsil sektor müdirinin iştirakı ilə keçirilən görüşdə müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.
Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə təlimat və tapşırıqlar verilib, uşaqların hərəkətinin tənzimlənməsi, MTİS sistemində yaş qrupları, sorğuların qəbulu, uşaqların sistemə daxil edilməsi və ərzaq məhsullarının tələbatı və s. barədə diqqətdə saxlanılmalı məsələlər müzakirə olunub.
Görüş zamanı iştirakçıları maraqlandıran müxtəlif suallar cavablandırılıb.