SON XƏBƏRLƏR

Mədəniyyət naziri Anar Kərimov Masallı rayonunda yerləşən bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Nazir Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, məktəb 1964-cü ildən musiqi, 1989-cu ildən isə incəsənət məktəbi kimi fəaliyyət göstərib. 2016-cı ildə dövlət başçısının iştirakı ilə təhsil ocağı üçün müasir və geniş binanın açılışı olub. Həmin ildən Onbirillik İncəsənət Məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbdə fortepiano, tar, kamança, qarmon, balaban, xanəndəlik, rəssamlıq və xoreoqrafiya ixtisasları üzrə 304 şagird təhsil alır, 70 müəllim çalışır. Nazir sözügedən məktəbin keçmiş binasına da baş çəkib.

Masallı Regional Mədəniyyət İdarəsi
Masallı Regional Mədəniyyət İdarəsi

Mədəniyyət naziri 1963-cü ildə fəaliyyətə başlayan Masallı Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib, 1984-cü ildə yaradılan və muzeyə məxsus binada fəaliyyətini davam etdirən Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, ölkə başçısının iştirakı ilə 2016-cı ildə muzeyin təyinatına uyğun üçmərtəbəli yeni binasının açılışı olub. Nəqqaşlıq, qrafika, heykəltaraşlıq, tətbiqi incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər və sənədlər bölmələrindən ibarət muzeyin fondunda 9047 eksponat mühafizə edilir, onlardan 900-ə yaxını daimi sərgilənir.

Masallı Regional Mədəniyyət İdarəsi
Masallı Regional Mədəniyyət İdarəsi

Masallı rayon MKS-nin Mərkəzi Kitabxanasına gələn Anar Kərimov kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat alıb.

Nazir Masallıda XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan tarixi hamamı (inv. № 4845) və Cümə məscidini (inv. № 4863) də ziyarət edib.

Masallı Regional Mədəniyyət İdarəsi
Masallı Regional Mədəniyyət İdarəsi

 

Daha sonra Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinə gələn Anar Kərimovu mərkəzin qarşında “Halay” və “Həcər” kollektivləri musiqi sədaları ilə qarşılayıblar. Mədəniyyət ocağının fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, 1956-cı ildən fəaliyyət göstərən mərkəzin binasında 2011-2013-cü illərdə əsaslı təmir işləri aparılıb. Sonra nazir mərkəzdə xalq tətbiqi sənət nümunələrinin hazırlanma prosesi ilə tanış olub, “Cənub incisi” ansamblının müşayiəti ilə Mədəniyyət Mərkəzi solistlərinin ifasında konsert proqramını izləyib.

Masallı Regional Mədəniyyət İdarəsi
Masallı Regional Mədəniyyət İdarəsi