SON XƏBƏRLƏR

Xəzər dənizinin Astara sahilində qadın meyiti tapılıb. Bu haqda məlumatı bu gün, 1 oktyabr tarixində Report.az verib.

Hadisə səhər saatlarında Şahağacı kəndində qeydə alınıb.

62 yaşlı Validə Dadaşova gecə evdən xəbərsiz çıxaraq sahilə gedib. Onun 76 yaşlı həyat yoldaşı Sədaqət Dadaşov bildirib ki, yoldaşının evdə olmadığını görəndə, onu axtarmağa başlayıb. Evdə masanın üzərində “Məni dəniz qırağında axtarın” yazılı bir kağız görüb. Evləri sahilə yaxın olduğundan yaxınları dərhal oraya gedib. Validənin ayaqqabılarının tapıldığı yerdə cansız bədəni tapılaraq sudan çıxarılıb.

Yaxınları qeyd edir ki, Validə uzun illər ruhi-əsəb xəstəliyindən müalicə alıb.

Ekspertizanın rəyi üçün meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.