SON XƏBƏRLƏR

Məşhur azərbaycanlı həkim, tibb elmləri doktoru, professor Abbas Talışinskinin Lənkəran şəhərində doğulduğu evin qarşısında xatirə lövhəsinin açılışı olub. Bu haqda məlumatı bu gün, 29 noyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi verib.

Açılış mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rəsmi şəxslər, alimin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı Abbas Talışinskinin keçmiş ittifaq miqyasında tanınmış həkim olduğunu, Rusiya Federasiyasında çalışdığı tibb müəssisələrində yüksək biliyi və bacarığı, insanlara göstərdiyi ixtisaslı tibb xidməti, xəstələrə göstərdiyi şəfqəti və humanist münasibəti ilə həmişə doğma xalqına baş ucalığı gətirdiyini diqqətə çatdırılıb.

Professorun qardaşı, respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Əzizağa Talışınski və qardaşı oğlu həkim Aydın Talışinski çıxış edərək professor Abbas Talışinskinin fədakar əməyinə verilən yüksək qiymətə və adının əbədiləşdirilməsi ilə əlaqədar evinə xatirə lövhəsinin vurulmasına görə əməyi keçən hər kəsə öz təşəkkürlərini bildiriblər.