Mübariz Mənsimov biznes dünyasından çəkilmədiyini, şirkətini daha da inkişaf etdirəcəyini bildirib. Bu haqda Sportinfo.az Türkiyə mediasına istinadən xəbər verib.
Cənubun fəxri olan iş adamı açıqlamasında bunları deyib: “Mən yaxşı ovçuyam və ovumun üzərinə nə vaxt gedəcəyimi bilirəm. Həbsdə olduğum müddətdə şirkətimi bir sıra məhkəmələrə çəkdilər. Bu məsələrərə yenidən qayıdacağıq. Çünki mən o proseslərdə iştirak etməmişəm. Vəkillərimiz indi bu işlərlə məşğuldur. Qarşıma bir hədəf qoydumsa, ona çatmaq üçün sonadək mübarizə aparmağı xoşlayıram. İndi bir çox dənizçilik şirkətləri Qara dənizdə fəaliyyət göstərməkdən qorxur. Çünki oralarda Ukrayna ilə Rusiya arasında müharibə gedir. Biz isə dənizdə işimizi görməkdən çəkinmirik. Ümumiyyətlə, mənim tək qorxum Allahdandır”.
Qeyd edək ki, Mübariz Mənsimov əslən Masallının Miyankü kəndindəndir. O, 2020-ci ildə FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunub. 1 il sonra 5 illik ev həbsi şərti ilə azadlığa buraxılıb.