SON XƏBƏRLƏR

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan 3 şagird qalib olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyun tarixində verir.

Müsabiqələrin nəticəsinə əsasən:

  • Astara rayonu Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin VII sinif şagirdi Şahverdiyev Rəsul İlkin oğlu biologiya fənni üzrə qızıl medala;
  • Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin V sinif şagirdi Feyzullazadə Mirfeyruz Fuad oğlu Lütfi Zadə adına məntiq olimpiadası üzrə gümüş medala;
  • Astara rayonu Vaqo kənd M.Abiyev adına tam orta məktəbin VII sinif şagirdi Məmmədzadə Nuray Rasim qızı kimya fənni üzrə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Fənn müsabiqələrində yüksək yerlər tutan şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ əldə edirlər. Bunun üçün həmin şagirdlər 20 iyun 2023-cü il tarixinə qədər Azərbaycan Respublikasının Təhsil İnstitutuna ərizə ilə müraciət edə bilərlər.