Lerikdən olan gənc qlobal Cənubi Koreya təqaüd proqramının qalibi olub. Bu haqda bu gün, 3 yanvar tarixində Cenublu.az Azərbaycan Universitetləri Facebook səhifəsinə istinadən məlumat verir.
Sevinc Nuriyeva Kyung Hee Universitetinin biotibbi mühəndislik ixtisasına qəbul olunub. O, bakalavr təhsilini tam təqaüdlə Cənubi Koreyada davam etdirəcək.
Qeyd edək ki, Azərbaycandan yalnız 1 nəfər seçilib.