SON XƏBƏRLƏR

Lerik Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşıyev vəzifəsindən azad edilib. Bu haqda bu gün, 17 noyabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Uzun illər Lerik İcra Hakimiyyətində çalışan 62 yaşlı C.Baxşıyev 1995-ci ildən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

O, 2007-ci ilin iyun ayından RİH başçısının birinci müavini vəzifəsini icra edib.