SON XƏBƏRLƏR

Dünyanın ən kiçik xalçası Lerik rayonunda toxunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 noyabr tarixində Azertac-a istinadən verir.

Belə ki, rayonun Monidigah kənd sakini, miniatür xalça ustası İlqamət Hadiyev həm dünya rekordunu, həm də öz rekordunu təzələyib. Yeni toxunan xalçada cəmi 41 sıra, onun hər bir kv.sm.-də isə 311 ilmə var.

Xalçanın üzərində qələbəmizin simvolu olan “Dəmir yumruq” şəkli əks olunub. O, əl işini Vətən müharibəsində müzəffər ordumuzun əldə etdiyi şanlı zəfərə həsr edib. Miniatür xalça 5 günə ərsəyə gəlib.

Dünyanın ən kiçik xalçası
Azertac