SON XƏBƏRLƏR

Lerikdə ailə faciəsi baş verib, bir ailənin 4 üzvü elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 aprel tarixində Apa.az-a istinadən verir.

Hadisə rayonun Tikəband kəndində qeydə alınıb. 82 yaşlı Sərnaz Tahirova su motorunun işlək vəziyyətdə olduğunu bilmək üçün ona yaxınlaşıb. Ətrafdan keçən elektrik cərəyanı Sərnaz Tahirovanı vurub və o, su hovuzuna yıxılıb. Ona köməyə gələn digər ailə üzvləri – 50 yaşlı qızı Almagül Tahirova, 30 yaşlı gəlini Şəfa Mirzəyeva və 10 yaşlı nəvəsi Zeynəb da cərəyan vurma nəticəsində dünyalarını dəyişiblər.

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.