SON XƏBƏRLƏR

Masallı sakini tüfəngdən açılan atəş nəticəsində dünyasını dəyişib. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az APA-ya istinadən xəbər verir.

Lerik rayonunun Vamazqon kəndində Masallı rayon sakini, 47 yaşlı Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

İlkin məlumata görə, hadisə Lerik rayon sakini, 45 yaşlı Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.