Lənkəran şəhəri ərazisindəki evlərin birindən oğurluq olunub. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərin birindən 3800 manat pul oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini N.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.