SON XƏBƏRLƏR

Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevin öz ərizəsi ilə vəzifəsindən azad olunması barədə məlumat vermişdik.

AzToday.az-ın əldə etdiyi məlumata görə, birinci müavinin işdən çıxmasının əsl səbəbləri məlum olub.

Belə ki, bir neçə ay öncə təyin olunan Lerikin yeni icra başçısı Əkbər Abbasovun apardığı yoxlamalar zamanı C.Baxşıyevin Lerikin Zuvand kəndində milyonluq “9 qardaş” adlı istirahət mərkəzinə sahib olduğu üzə çıxıb. Həmçinin onun məktəblər üçün nəzərdə tutulan mebellər də daxil olmaqla digər avadanlıqların yeyintisində adı hallanır.

Qeyd edək ki, 62 yaşlı Cəlil Baxşıyev 27 ildir ki, Lerik RİH başçısının müavini vəzifəsində çalışıb.