SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetinin 2-ci korpusunun açılışına hicablı tələbələrin buraxılmaması haqda iddialar sosial şəbəkələrin gündəmini zəbt edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində Modern.az-a istinadən verir.

Məsələ ilə bağlı Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova açıqlama verib. O, tələbələrə hicabla bağlı qadağa qoyulmadığını, yayılan xəbərlərin yalan olduğunu söyləyib.

“Hazırda dərsdəyəm və lövhənin qarşısında dərs danışan hicablı tələbə dayanıb. Dünən açılış vaxtı dərs gedirdi, dərsə mane olmamaq üçün hər qrupdan 3-4 nəfər açılış mərasimində iştirak edib. Açılışa qatıla bilməyən tələbələr hicabla bağlı qadağanı şayiə olaraq yayıblar”, – deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, LDU-nun yeni korpusunun açılışında elm və təhsil naziri Emin Əmrullayev, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, 73 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyev və digərləri iştirak ediblər.