Lənkəran Dövlət Universitetinin tələbələri qardaş Türkiyədə təcrübə proqramında iştirak edirlər. Bu haqda bu gün, 15 mart tarixində Cenublu.az LDU-ya istinadən xəbər verir.
Universitetin Baytarlıq ixtisası üzrə V tədris ilinin 12 tələbəsi istehsalat təcrübəsi keçmək üçün Türkiyə Respublikasının Qars Qafqaz Universitetinə ezam edilib. Tələbələr 4 ay müddətində Qarsda praktik vərdişlərə yiyələnəcəklər.