Lənkəran Dövlət Universitetində 2022-2023-сü tədris ilinin payız imtahan sessiyasının nəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrə təqaüdlər verilib. Bu haqda bu gün, 17 aprel tarixində Cenublu.az LDU-ya istinadən xəbər verir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) “Adlı təqaüd”ün təqdimetmə mərasimində Lənkəran Dövlət Universitetinin (LDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dos. İdrak Əsgərov, LDU Həmkarlar Komitəsinin sədri Vaqif Quliyev çıxış edərək təqaüdə layiq görülən tələbələri təbrik edib, təhsil və universitetin ictimai həyatında uğurlar arzu ediblər. Mərasimdə Təbiyyət fakültəsinin dekanı, dos.Ramiz Şəmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos.Gülbəniz Əliyeva iştirak ediblər.
“Adlı təqaüd”ə layiq görülən tələbələrin adlarını təqdim edirik:
- Sadıqov Anar Araz oğlu- Texnologiya müəllimliyi ixtisası, IV tədris ili tələbəsi;
- Rzazadə Ayğün Eldəniz qızı –Maliyyə ixtisası, IV tədris ili tələbəsi.
Qeyd edək ki, “Adlı təqaüd”ün məbləği 300 manatdır.