SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində (MDU) olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində  7news.az-a istinadən verir.

Nümayəndə heyətinin tərkibində LDU-dan rektorun müşavirləri Mikayıl Məhərrəmov və Telman İmanov, fakültə dekanları Gülbəniz Əliyeva və Zaur Məmmədov, şöbə müdiri Ülkər Babayeva təmsil olunublar.

Səfər çərçivəsində LDU və MDU rektorları arasında görüş keçirilib, akademik və inzibati heyət arasında müzakirələr aparılıb və Müstəqilliyin Bərpası Gününə həsr olunan birgə konfrans təşkil olunub.

Qeyd edək ki, MDU və LDU arasında işbirliyinin əsası 2021-ci ilin 15 oktyabr tarixində Əməkdaşlıq Müqaviləsinin imzalanması ilə qoyulub. Hal-hazıradək əməkdaşlıq çərçivəsində ortaq elmi konfranslar keçirilib, akademik və inzibati heyət üzvlərinin qarşılıqlı səfərləri və görüşləri təşkil olunub.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon