SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti Litvaya işgüzar səfərə yola düşəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.

LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent İdrak Əsgərov, universitetin Qeydiyyat, qiymətləndirmə və əlavə təhsil bölməsinin rəhbəri Nəzrin Hüseynli Litvada işgüzar səfərdədirlər. Səfər Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində təşkil olunub.

Layihə konsorsiumunun üzvü olan ali təhsil müəssisələrinin nümayəndələri üçün növbəti təlimlər Litvanın Mikolo Romerio Universitetində təşkil olunub.

Xatırladaq ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən beynəlxalq layihənin koordinatoru Bakı Biznes Universitetidir. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq, rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

Qeyd edək ki, layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir.