SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universiteti (LDU) ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu haqda məlumatı Xeberle.com saytı verib.

Əməkdaşlıq müqaviləsini LDU-nun adından rektor, professor Natiq İbrahimov və SDU adından rektor, professor Elxan Hüseynov imzalayıblar. Universitetlərin rektorları müqavilənin hər iki ali təhsil müəssisəsi üçün əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə təkan verəcəyini vurğulayıblar.

Daha sonra LDU-nun rektoru, professor Natiq İbrahimov səmimi qarşılanmaya və imzalanmış əməkdaşlıq müqaviləsinə görə professor Elxan Hüseynova dərin təşəkkürünü bildirib. O, LDU-da son illərdə görülən işlərdən, açılan yeni ixtisaslardan söz açıb. Universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edərək əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu qeyd edib.

Qeyd edək ki, 26 oktyabr tarixində LDU ADMİU (Azərbaycan Dövlət Məsəniyyət və İncəsənət Universiteti) ilə Anlaşma Memorandumu imzalamışdır.