SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında Anlaşma Memorandumunun  imzalanıb. Bu haqda məlumatı LDU-nun rəsmi Facebook səhifəsi verib.

Memorandumu LDU adından rektor Natiq İbrahimov, ADMİU adından rektor Ceyran Mahmudova imzalayıblar. Memoranduma əsasən tərəflər mədəniyyət və incəsənət sahəsində kadr hazırlığı, ikili diplom təhsilinin təşkilini, tədris proqramlarının, dərs vəsaitlərinin hazırlanmasını, müəllim və tələbə mübadiləsi sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatların aparılmasını, yaradıcılıq üzrə müsabiqə və baxışların və seminarların təşkilini təmin edəcəklər.

İmzalar atıldıqdan sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib. Mərasimin ən yaddaqalan anlarından biri Lənkəran sərgisinin açılışı olub. Sərgidə ADMİU tələbələrinin Lənkərana yaradıcılıq səfəri zamanı çəkdikləri rəsm əsərləri sərgilənib.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında maraqlı konsert proqramı ilə yekunlaşıb.