Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə intellektual yarış keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarxində verir.
LDU Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən yarışmaya ümumilikdə 29 komanda qatılıb.
Komandalar intellektual bacarıqlarını 2 turda nümayiş etdiriblər. Daha yaxşı oyun nümayiş etdirən “001” komandası I, “Edelveys” II, “Xəmsə” komandası III yeri tutub.
I yeri tutan komanda kubok, diplom və medalla təltif olunub. II və III yerləri tutan komandalara diplom və medallar təqdim edilib.