SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasında “2021/2022 tədris ilinin payız semestrinin gedişi, kollokviumlara hazırlığın vəziyyəti” müzakirə olunub. Bu haqda məlumatı LDU-nin rəsmi Facebook səhifəsi bu gün, 2 noyabr tarixində verib.

LDU-nin Elmi katibi Allahşükür Quliyev “Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən seçkilərin keçirilməsi və universitetin Elmi və tədris metodiki şurasında baxılan işlərin müzakirəsi barədə açıqlama verib. Boş olan yerlərə namizədlər gizli səsvermə yolu ilə seçilib.

Həmçinin, Elmi şurada bir sıra cari məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.