SON XƏBƏRLƏR

“Beynəlxalq Təhsil Həftəsi” günü çərçivəsində ABŞ-nin Merilend Universitetinin Baltimor vilayətinin Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru Adam Julian və onu müşayiət edən səfirlik əməkdaşları Lənkəran Dövlət Universitetində (LDU) olublar.Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində LDU-ya istinadən verir.

ABŞ-nin Merilend Universitetinin nümayəndəsi Adam Julian LDU-nun rektoru professor Natiq İbrahimovla və tələbələrlə görüşüb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Daha sonra tələbələrə ABŞ-də yerləşən universitetlər, həmin universitetlərə müraciət qaydaları, orada təhsil imkanları, təqaüd proqramları və s. barədə ətraflı məlumat verilib.